AZ

Bahar Muradova: Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır

Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, qanunvericiliyə ailə və uşaqlarla bağlı yeni normalar daxil edilib.

"Bu da belə müəyyənləşdirilib ki, dövlət buna nəzarət etməlidir. İlk növbədə 2020–2030-cu illəri əhatə edən “Uşaq Strategiyası” sənədini qeyd etmək lazımdır. Bu sənəd əsasında çoxsaylı addımlar atılıb. Bu ilin sonuna qədər başa çatacaq Fəaliyyət Planının hazırlanması üzərində iş aparılır" - Bahar Muradova əlavə edib.

O deyib ki, strategiyanın əsas istiqamətlərindən biri qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur: "Bu istiqamət üzrə Dövlət Komitəsi tərəfindən son 5 ildə 5 normativ-hüquqi sənəd layihəsi hazırlanıb”.

Seçilən
10
7
teleqraf.com

8Mənbələr