AZ

Gələn il dövlət borcuna xidmət xərcləri 2 milyard manatı ötəcək

Bakı. Trend:

Dövlət borcuna xidmət xərclərinin növbəti ildə 2,458 milyardmanat olacağı, faiz ödənişlərinin isə 1,381 milyard manat olmaqlabu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

“Daxili borcun yenidən maliyyələşdirilməsi faiz xərclərinə təsirgöstərə bilər. Xarici borcun valyuta strukturunun yüksək dərəcədədollar asılılığı (hazırda 85,2%) və ümumi borcun təqribən yarısınındəyişkən faizli olması şəraitində valyutaya tələbin artması vəqlobal maliyyə bazarlarında faiz dərəcələrinin artması xarici borcaxidmət xərclərinə artırıcı təsir göstərə bilər”, - məlumatdavurğulanıb.

Eyni zamanda bildirilib ki, daxili bazarda yerləşdirilmiş 7,942milyard manat dəyərində dövlət qiymətli
kağızlarının 68%-nin və ya 5,4 milyard manatının qısamüddətli (1–3illik) istiqrazlardan ibarət olması
ortamüddətli dövrdə dövlət büdcəsi və Təminat Fondunun vəsaitlərihesabına xidmət göstərilməsi
mümkün olmayan öhdəliklərin yenidən maliyyələşdirilməsinişərtləndirir.

"Bu isə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarınainvestisiya üçün tələb olunan yetərli likvidliyin təmin olunmamasıistiqamətində risklərin mövcudluğunu göstərir. Qeyd edək ki, cariildə qısamüddətli
borcların uzunmüddətl borclarla əvəzlənməsi tendensiyası müşahidəolunur ki, bu da müvafiq riskin
yumşaldılmasına xidmət edir", - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
19
1
az.trend.az

2Mənbələr