AZ

Azərbaycanın xalis maliyyə aktivləri 97 milyard manata yaxınlaşıb

2025-ci ilin 1 sentyabr tarixinə Azərbaycanın xalis maliyyə aktivlərinin məbləği 96 milyard 928,3 milyon manat təşkil edib.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Xalis maliyyə aktivlərinin formalaşmasında iştirak edən vəsaitlərə Dövlət Neft Fondunun 114 milyard 244,1 milyon manat, vahid xəzinə hesabının 6 milyard 296,8 milyon manat qalığı, idarəetməyə verilmiş vəsaitlərin 1 milyard 787,0 milyon manat məbləği və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında cari öhdəlikləri üzrə 17,6 milyon manat daxildir.

Beləliklə, ümumi 122 milyard 345,5 milyon manat məbləğində maliyyə aktivlərindən daxili və xarici dövlət borcunun 25 milyard 417,2 milyon manat çıxıldıqdan sonra yaranan fərq 96 milyard 928,3 milyon manat olub.

Qeyd edək ki, bu, dövlətin maliyyə sabitliyinin və borc yükünün idarəolunan səviyyədə qalmasının göstəricisi sayılır.

Seçilən
8
6
apa.az

7Mənbələr