AZ

Gələn il dövlət sifarişli yerlərin və təqaüd alanların sayı artacaq

Bakı. Trend:

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığıüzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150102 nəfər,təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121280 nəfərolacağı gözlənilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, artımlar nəzərə alınmaqla növbəti ilin dövlətbüdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilinmaliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illəmüqayisədə 47,8 milyon manat və ya 8,4 faiz çoxdur.

Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsilsahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcəkdir. Cari ilənisbətən növbəti ildə artım məbləğinin 21,1 milyon manatıtəhsilalanların sayının artımı, 6,7 milyon manatı təqaüd alanlarınsayının artımı, 20,0 milyon manatı isə təhsil sahəsində yeniməqsədli dövlət təhsil tədbirlərinin maliyyələşdirilməsi iləbağlıdır.

Seçilən
38
az.trend.az

1Mənbələr