AZ

2026-cı ildə keçmiş məcburi köçkünlərə 285 milyon manat ayrılacaq

BAKI,TurkicWorld

Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 285 000 000 manat vəsait nəzərdə tutulur.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 000 000 manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17 500 000 manat, digər tədbirlər üçün isə 15 500 000 manat vəsait nəzərdə tutulur.

Seçilən
2
1
turkic.world

2Mənbələr