AZ

"Lego" Bred Pittin filminə həsr olunmuş oyun dəsti təqdim etdi

"Lego" Hollivud ulduzu Bred Pittin baş rolu ifa etdiyi "Formula 1" filmi əsasında hazırlanmış yeni oyun dəstini təqdim edib.

Kulis.az xəbər verir ki, dəst 268 hissədən ibarətdir.

Yarış avtomobilindən əlavə, dəstdə filmin əsas personajları - pilot "Sonni Heyz" (Bred Pitt) və "Coşua Pirs"in (Damson İdris) fiqurları da yer alır.

Oyuncaqlar 1 yanvar 2026-cı ildən etibarən 27.99 dollara satışa çıxarılacaq.

Qeyd edək ki, "Formula 1" filmi bu ilin avqust ayında ekranlara çıxıb.

Seçilən
45
1
kulis.az

2Mənbələr