AZ

Qazaxıstanın gənc geoloqları Balaxanıdakı neft mədənləri ilə tanış oldu Fotolar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Qazaxıstanın K. Satbayev adına Milli Elmi-Tədqiqat Texniki Universitetinin magistr tələbə heyəti “Balakhani Operating Company” hasilat şirkətini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, geologiya ixtisası üzrə təhsil alan gənclər Azərbaycan neft hasilatının beşiyi hesab edilən Balaxanı mədənlərinin tarixi ilə tanış olub, hasilat prosesi, mərkəzi neft yığım məntəqəsində proseslərin idarəolunması mərhələlərini izləyiblər.

Qazaxıstan akademik heyətinin səfəri K. Satbayev Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq çərçivəsində təşkil edilərək geoloqlara elmi-tədqiqat təcrübəsi qazanmaq, Azərbaycan müəssisələrinin fəaliyyəti ilə tanış olmaq və praktiki təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.

Qazaxıstanlı tələbələr hasilat şirkətinin rəhbər heyəti ilə də görüşərək onlarla fikir mübadiləsi aparıblar. Şirkətin müşavirləri, Əməkdar mühəndislər Şaiq Bəkirov və Telman Cəfərov Balaxanıda neft sənayesinin inkişaf mərhələləri, aparılan tədqiqatlar və çoxillik təcrübələrin bu kimi təhsil mübadiləsi proqramları çərçivəsində paylaşılmasının əhəmiyyətindən danışıblar.

Sonda qonaqlara “Balakhani Operating Company” LTD tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
qafqazinfo.az

6Mənbələr