AZ

2,7 milyard manatdan çox vəsait xərclənəcək - Bu ailələrə ŞAD XƏBƏR

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2 750 900 000 manat vəsait nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 150 700 000 manat və ya 5,8 % çoxdur.

Seçilən
2
2
day.az

3Mənbələr