AZ

“Ermənilərin Qarabağa geri qayıtması keçmiş münaqişəni bərpa edə bilər” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin bölgəyə geri qaytarılmasını sülh prosesi üçün təhlükəli adlandırıb.

Missiya.Az xəbər verir ki, o bunu “Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mövzunun müzakirəsi keçmiş münaqişənin əsaslarını bərpa edə və vəziyyəti münaqişənin ilkin mərhələsinə qaytara bilər.

Paşinyan qeyd edib ki, bu istiqamətdə istənilən addım və ya təşəbbüs regionda sabitlik və sülhün gələcəyi üçün təhlükəli ola bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr