AZ

Nazir: Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu 20 ölkədən biridir

Azərbaycanın dövlət borcu 1 oktyabr 2025-ci il tarixə 25.4 mlrd. manat və ya illik ÜDM-in 19.5%-i təşkil edir.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

“Bu, cari ilin əvvəli ilə müqayisədə 2.2 % bəndi azdır. Bu göstərici 2026-ci ilin sonuna 21.8% gözlənilir, 2029-cu illə bağlı proqnoz 21.2%-dir. Azərbaycan ümumi dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin ən aşağı olduğu 20 ölkədən biridir”, - deyə nazir vurğulayıb.

Seçilən
14
1
apa.az

2Mənbələr