Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə iki gün əvvəl Vatikanda Papa ilə görüş zamanı Azərbaycanın qazandığı qələbədən danışdığını deyib...
Poliqon xəbər verir ki, o bundan Qafqaz Müsəlmanları İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş zamanı söhbət açıb.
“Azərbaycan 44 günlük müharibə dövründə elə qəhrəmanlıq göstərdi ki, bu gün dünya onu öyrənmək istəyir. Bu qələbənin hər bir nailiyyəti sizin zəhmətiniz sayəsindədir. Biz şəhidlərimizə və qazilərimizə borcluyuq, onları heç vaxt yaddan çıxarmamalıyıq. Siz bizim canlı qəhrəmanımızsınız. Allah Azərbaycan uğrunda şəhid olanlara rəhmət eləsin. Siz bizə imkan yaratmısınız ki, məscidlərdən donuzları və digər heyvanları qovub azan səsini ucaldaq. Bu gün həmin məscidlərin minarələrindən azan səsləri gəlir. Bu sizin sayənizdədir”, – şeyxülislam vurğulayıb.
Poliqon.info