AZ

ƏDV daxilolmaları 8 milyarddan çox olacaq

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Növbəti ildə dolayı vergi hesab edilən ƏDV üzrə daxilolmaların 9 mlrd. manatlıq həddi aşaraq 9 216,3 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

“Unikal” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

Qeyd edilib ki, bu göstərici ilə ƏDV-nin dövlət büdcəsinin cəmi gəlirlərində Dövlət Neft Fondundan transfertlərdən sonra 23,9%-lik payla ən böyük daxilolma mənbəyi olacağı nəzərdə tutulur.

Məlumata görə, maliyyə hesabatlarının tərkib komponentlərindən biri olan “Maliyyə vəziyyəti haqqında hesabat”a əsasən, Mərkəzi Bankın 2023-cü və 2024-cü illərin sonuna bölüşdürülməmiş mənfəətinin məbləği illər üzrə müvafiq olaraq 501,2 mln. manat və 972,7 mln. manat təşkil etmişdir. 2024-cü ilin təcrübəsindən fərqli olaraq Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı üzrə cari ildə olduğu kimi, növbəti ildə də daxilolmalar proqnozlaşdırılmır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
7
unikal.az

9Mənbələr