AZ

Lənkəranda kişi həkim səhlənkarlığının qurbanı oldu

Lənkəranda kişi əməliyyatdan sonra ölüb.

"Unikal"ın verdiyi xəbərə görə oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyata götürülüb.

Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshaq aparıb. Əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. "Həkim səhlənkarlığı olub. Öyrəndik ki, həkim yoldaşımın bağırsağını deyiş və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər. Əməliyyatdan sonra doktor İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə səbəb birbaşa odur". 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
31
50
unikal.az

10Mənbələr