AZ

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası haqda danışdı

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ildə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanmasını “uğur tarixçəsi” kimi qiymətləndirib.Bizim.Media xəbər verir ki, bu barədə “Novosi Armeniya” nəşri yazıb.“Tapşırığıma əsasən, Ermənistanın dövlət qurumları vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar, siyasi və partiya xadimləri, bəzən də diaspor nümayəndələri üçün Tavuşun Kiranç hissəsində və ona bitişik sərhəd ərazilərinə səfərlər təşkil edir. Məqsəd – bizim ‘sülh gündəliyi’ dedikdə nəyi nəzərdə tutduğumuzu yerində göstərməkdir”, – deyə Paşinyan “Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı Orbeli Forumunda çıxışı zamanı bildirib.O əlavə edib ki, bu səfərlər barədə “heç bir mənfi rəy səslənməyib”.“Bu, çox vacib bir uğur tarixçəsidir və onun davamı da var – 2024-cü ildə Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının fəaliyyətinə dair reqlament imzaladılar və bu sənəd hər iki ölkədə ratifikasiya olundu. Əslində bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə üçün de-yure qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir,” – deyə Paşinyan qeyd edib.Baş nazirin sözlərinə görə, həmin reqlamentdə ən mühüm məqam ondan ibarətdir ki, iki ölkə arasında sərhədin delimitasiyasının əsas prinsipi Alma-Ata Bəyannaməsi olacaq.“Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında açar, dönüş nöqtəsidir. Hər iki ölkə Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıyır,” – deyə Paşinyan vurğulayıb və bu faktın Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində də əks olunduğunu əlavə edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr