AZ

2026 cı ildə dövlət borcu üçün 2 milyard 457,6 milyon XƏRCLƏNƏCƏK

ain.az, Modern.az portalına istinadən məlumat verir.

2026-cı ildə dövlət borcuna xidmət xərcləri 2 milyard 457,6 milyon manat olacaq.Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.2026-cı il üzrə dövlət büdcəsində dövlət borclarına xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulur. Bu göstərici 2025-ci illə müqayisədə 58 milyon manat çoxdur.Layihəyə əsasən, bu məbləğin 1 milyard 400 milyon manatı xarici dövlət borcuna xidmətə yönəldiləcək. Bunun 940 milyon manatı əsas borcun, 460 milyon manatı isə faiz borcunun ödənilməsi üçün xərclənəcək.1 milyard 57,6 milyon manat isə daxili dövlət borcuna xidmətə ayrılacaq. Bu vəsaitin 137 milyon manatı əsas borcun, 920,6 milyon manatı isə faiz borcunun ödənilməsinə sərf ediləcək.Məlumata əsasən, 2025-ci ilin sonu və 2026-cı il ərzində dövlət istiqrazları portfeli üzrə vaxtı çatacaq əsas borc ödənişlərinin təkrar maliyyələşdirilməsi, həmçinin büdcə kəsirinin borcalma hesabına bağlanması planlaşdırıldığı üçün, növbəti ildə dövlət istiqrazları üzrə faiz xərclərinin artacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
modern.az

3Mənbələr