AZ

ABŞ də makaronda aşkarlanan infeksiyadan ölənlərin sayı artıb

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-da emal olunmuş makaron məhsullarında aşkarlanan təhlükəli listerioz bakterial infeksiyası nəticəsində ölənlərin və yoluxanların sayı artıb.

Moderator.az "NBC News" telekanalına istinadən xəbər verir ki, indiyədək bu infeksiyadan 6 nəfər ölüb, 25 şəxs isə ağır fəsadlarla xəstəxanaya yerləşdirilib.

Məlumata görə, təkcə sentyabrın sonundan bəri üç ştatda yeddi yeni fakt qeydə alınıb, iki ölüm halı son vaxtlara təsadüf edib.

Listerioz epidemiyası ilk dəfə 2025-ci ilin iyununda qeydə alınıb. Xəstəlik halları ABŞ-nin 18 ştatında qeydə alınıb.

İnfeksiya halları çoxaldığından məşhur "Nate's Fine Foods" şirkətinin hazır məhsulları da kütləvi şəkildə satışdan yığışdırılıb.

(Oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
moderator.az

2Mənbələr