AZ

II Liqa: Bu gün lider dəyişə bilər

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün II Liqada VII tura yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq. 

Turun son görüşlərinin hamısı eyni vaxtda başlayacaq. 

Bu gün lider dəyişikliyi reallaşa bilər. "Quba" ilə oyunda xal itirməsinə rəğmən, zirvəyə yüksələn "Şirvan" mövqeyini "Xankəndi" ilə "Qaradağ Lökbatan"dan birinə verə bilər. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi "Şəmkir"i qonaq edəcək. Lökbatanlılar isə "Ağdaş"ı sınağa çəkəcək. 

Turun daha bir matçı isə "Ağstafa Gəncləri" ilə "Kür-Araz" arasında baş tutacaq.

Qeyd edək ki, dünən "Dinamo" "Araz-Saatlı"nı 4:1 hesabı ilə yenib, "Quba" - "Şirvan" (1:1) və “Şəki Siti” – “Göygöl” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası

VII tur

4 noyabr

14.00. “Ağstafa Gəncləri” – “Kür-Araz”

Hakimlər: Niyaz Əhmədov, Elmin Süleymanov, Əkbər Əliyev, Rasim Musayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Ağstafa. Şəhər stadionu.

14.00. “Qaradağ Lökbatan” – “Ağdaş”

Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Ruslan Məmmədov, Kamil Aydınov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Namiq Əliyev

Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

14.00. “Xankəndi” – “Şəmkir”

Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Tural Bayramov, Kamran Əliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Bakı. "Palms Sports Futbol Mərkəzi". 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
fanat.az

3Mənbələr