AZ

Azərbaycanda karate üzrə Avropa çempionatı keçiriləcək

Azərbaycanda

Azərbaycanda 2026-cı ildə karate üzrə Avropa çempionatı keçiriləcək.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.

O, 2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının da Azərbaycanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb:

"Avropa Karlar İdman Təşkilatının tədbirləri çərçivəsində 2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılıb. Bu, ölkədə deflimpiya hərəkatının inkişafı baxımından tarixi hadisədir. 2027-ci ildə isə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulub".(Report)
Seçilən
40
2
reyting.az

3Mənbələr