AZ

Vuçiç: Belqradda iki snayper axtarılır

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Belqradda hüquq-mühafizə orqanları üç gündür şəhərə gələn iki snayperi axtarır.

Doğru.az xəbər verir ki, dövlət başçısı bu barədə “Prva” telekanalına müsahibəsində danışıb. Vuçiçin sözlərinə görə, məsələ Novi Sad vağzalında tavanın uçmasının ildönümü ilə bağlı keçirilən etiraz aksiyaları zamanı gündəmə gəlib.

“Biz bilirik ki, onlar gəliblər, pulun haradan gəldiyini və məqsədlərini də bilirik. Əminəm ki, səlahiyyətli orqanlar bu işi həll edəcəklər,” – deyə prezident vurğulayıb.

Xatırladaq ki, Serbiya polisi Belqradda iğtişaşların 37 iştirakçısını saxlayıb. Noyabrın 1-də faciənin ildönümünü qeyd etmək üçün təxminən 39 min insan Novi Saddakı qatar stansiyasına toplaşmışdı.

DOĞRU.AZ

Seçilən
40
1
dogru.az

2Mənbələr