Regional kommunikasiyalar açıldıqdan sonra Rusiya Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu yük daşımalarını həyata keçirə biləcək.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: Sülhün və Çoxtərəfli Əməkdaşlığın Qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.
“Hazırda Rusiyanın Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu nəqliyyatı təmin edə biləcəyi ilə bağlı müzakirələr aparılır”, – Paşinyan bildirib.