Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli ilə müqayisədə 452,6 mln. manat və ya 14,3% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Qeyd edilir ki, vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda, 25,3%-i də faizlər hesabına təmin edilib. Dövrün sonuna olan borc məbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir.