AZ

Polşa milli anti dron sistemi qurur

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, ölkə Avropa Birliyinin təşəbbüsünü gözləmədən bir neçə ay içində milli anti-dron sisteminin qurulmasına başlayacaq.

Nazirlik bu ay düşmən dronlarını aşkar etmək, maneə törətmək və zərərsizləşdirmək üçün investisiyalar elan edəcək. Məqsəd müqavilələrin ən azı yarısını yerli şirkətlərə həvalə etməkdir.

Tomçik AB-nin dron divarını dəstəklədiklərini, lakin milli layihələrə üstünlük verdiklərini vurğulayıb və xarici həllərdən faydalanmağa açıq olduqlarını əlavə edib. Hökumət ilk yeni imkanların elanlardan sonra üç ay ərzində işə salınmasını, bütün sistemin isə iki il ərzində tamamlanmasını hədəfləyir.

Qeyd edək ki, sentyabr ayında NATO təyyarələri Ukraynaya edilən kütləvi hava hücumu zamanı Polşa səmasına daxil olmuş təxminən 20 dronu vurmuşdu. Polşa AB-nin SAFE proqramı çərçivəsində 43,7 milyard avro ilkin ayırma hüququna malikdir.

Gülxanım

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
icma.az

1Mənbələr