AZ

Çin XİN: Pekin dini bəhanə ilə başqa ölkələrin işlərinə qarışmağa qarşıdır

Pekin Trampın Nigeriyaya qoşun yeritmə bəyanatlarına sərt reaksiya verib...

Poliqon xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ABŞ prezidenti Donald Trampın Nigeriyada hərbi müdaxilə ilə bağlı açıqlamasına münasibət bildirib. O deyib ki, Çin digər ölkələrin daxili işlərinə “din adı altında” müdaxiləyə qəti şəkildə qarşıdır.

“Çin hökuməti Nigeriya rəhbərliyini xalqını milli şəraitinə uyğun inkişaf yoluna istiqamətləndirmək səylərində qətiyyətlə dəstəkləyir”, deyə Mao Nin RİA Novosti-yə açıqlamasında bildirib. O əlavə edib ki, Çin həmçinin “daimi sanksiya hədələrinə və hərbi təzyiq ritorikasına” qarşı çıxır.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Pentaqona Nigeriyadakı xristianlara qarşı törədilən cinayətlərə cavab olaraq potensial hərbi tədbirlər planı hazırlamağı tapşırmışdı. O xəbərdarlıq etmişdi ki, əgər vəziyyət dəyişməzsə, Vaşinqton Nigeriyaya bütün yardımı dayandıracaq və lazım gələrsə, “sürətli və sərt” hərbi əməliyyat həyata keçirəcək.

Tramp daha əvvəl bəyan etmişdi ki, Nigeriyada xristianlıq “varlığı üçün təhlükə ilə üz-üzədir”, ölkədə minlərlə dinc insanın məhz dini mənsubiyyətinə görə qətlə yetirildiyini bildirmişdi. Nigeriyanın xarici işlər naziri Yusif Tuqqar isə buna cavab olaraq, ölkədəki çətin vəziyyətə baxmayaraq, əhalinin təhlükəsizliyinə ciddi təhdid olmadığını bəyan etmişdi.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr