AZ

Bahar Muradova: Bu təkrarlılıq aradan qaldırıldı

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, əvvəllər İcra Hakimiyyəti yanında iki ayrı komissiya fəaliyyət göstərirdi:

“Bunlar Qəyyumluq və himayə orqanı, bir də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar idi. Bu təkrarlılıq aradan qaldırıldı. Dövlət Komitəsinin təklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə hazırda bu iki komissiyanın istiqamətləri birləşdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” yaradılıb.

Bu addım həm struktur, həm də məzmun baxımından doğru və məqsədəuyğun hesab edilir. Eyni zamanda, Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi Dövlət Komitəsinin nəzdində yaradıldı. Artıq bu ilin əvvəlindən etibarən katiblik Dövlət Komitəsinin əməkdaşları hesabına fəaliyyət göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
bakivaxti.az

4Mənbələr