AZ

Lukoyl un neft bazası vuruldu

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları "Lukoyl" şirkətinin neft anbarına zərbələr endiriblər.

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində gecə edilən dron hücumundan sonra "Lukoyl"un neft anbarı ilə neft-kimya zavodunun yaxınlığındakı sənaye zonasında yanğın baş verib.

"Asra" nəşrinə məlumat verən mənbələrə görə, sakinlər partlayış səsləri eşidiblər və sənaye zonasının üzərində parıltı görüblər. "Astra" tərəfindən aparılan video təhlili göstərir ki, yanğın sənaye zonasının cənub-şərq hissəsində, "SIBUR-Kstovo" və "Lukoil-Nijeqorod nefteorgsintez" neft emalı zavodlarının yerləşdiyi yerdə baş verib.

"Lukoyl-Nijeqorod nefteorgsintez" neft emalı zavodu Rusiyada ən böyük neft emalı zavodlarından biri hesab olunur və Moskva bölgəsini yanacaqla təmin edir. "SIBUR-Kstovo" etilen, propilen, benzol və digər neft-kimya komponentləri istehsal edir.

Hürr Tərcüman 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
hurriyyet.az

2Mənbələr