Siyəzən rayonunda yeni doğulan körpə həyatını itirib. 1news.az "Report"a istinadən xəbər verir ki, 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov noyabrın 3-də saat 06:00 radələrində yaşadığı Siyəzən şəhəri Xətai küçəsi ev 83-də ölüb. Uşağın vaxtından əvvəl doğulduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.