AZ

Ölkədə istehsal edilən yanacağın Naxçıvana daşınmasına 10 milyon manat xərclənəcək

BAKI,TurkicWorld

Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 13 400 000 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Seçilən
14
1
turkic.world

2Mənbələr