AZ

Avropa Deflimpiya Komitəsinin Baş Assambleyası Azərbaycanda keçirilə bilər

BAKI, 4 noyabr. TELEQRAF

2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.

O, komitənin Azərbaycanda müxtəlif sosial layihələr həyata keçirdiyini bildirib: “Məqsəd eşitmə məhdudiyyətli uşaqlar, yeniyetmələr və gənclər arasında idmana marağı artırmaq, onların fiziki və psixoloji inkişafını dəstəkləməkdir. Bunun üçün ixtisaslaşmış məktəblərlə və ictimai birliklərlə sıx əməkdaşlıq qurulub, müxtəlif bölgələrdə yeni idman proqramları hazırlanır”.

Seçilən
20
4
teleqraf.com

5Mənbələr