AZ

İqtisadiyyat naziri Vaşinqton razılaşmalarının Azərbaycan iqtisadiyyatına təsirini açıqlayıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

İqtisadiyyat naziri bildirib ki, dövlət büdcəsinin maliyyə dayanıqlılığı daha da güclənir: “Bu proseslər 8 avqustda ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalarla daha da sürətlənib. Yaranan yeni imkanların iqtisadi imkana çevrilməsi qarşıda duran çağırışlardan biridir. Büdcə layihəsi hazırlananda daxili və xarici amillər nəzərə alınıb. Qlobal iqtisadiyyatda mənfi təsirlər gözləniləndən aşağı səviyyədə olması, ticarət zəncirlərinin yenidən qurulması nəticəsində qlobal iqtisadi artım artacağı proqnozlaşdırılıb. Eyni zamanda dünya iqtisadiyyatında bəzi qeyri-müəyyənliklər aradan qalxır. Azərbaycan iqtisadiyyatı son illərdə dayanıqlılıq nümayiş etdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
7
apa.az

8Mənbələr