AZ

"Qarabağ"ın rəqibinin ulduzu əməliyyat olundu: Nə vaxt qayıdacaq?

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə 34 yaşlı belçikalı futbolçu özü məlumat verib. Kevin əməliyyatın uğurla keçirdiyini bildirib.

O, A Seriyasının 8-ci turunda "İnter"lə (3:1) oyunda zədələnmişdi. Tibbi müayinələrdən sonra sağ budun ikibaşlı əzələsinin qopması diaqnozu qoyulmuşdu.

"Hamıya salam! Bildiyiniz kimi, müəyyən müddət meydana çıxa bilməyəcəyəm. Yaxşı xəbər budur ki, əməliyyat mükəmməl keçdi. Sağalma prosesim artıq başlayıb! Bütün mesajlarınıza görə təşəkkür edirəm!" – De Bruyne sosial şəbəkədə yazıb.

Onun ən yaxşı halda 4-5 ay sonra meydanlara qayıdacağı bildirilir. Bəzi mənbələr isə Kevinin mövsümü başa vurduğunu iddia edirlər.

Seçilən
26
publika.az

1Mənbələr