AZ

Onkoloji xəstələr üçün ayrılacaq vəsait artırılır

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 65,6 milyon manat vəsait yönəldiləcək.Ölkə.az  xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.Bildirilib ki, Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
14
olke.az

10Mənbələr