AZ

Filippində qasırğa 17 mindən çox ailəyə zərər verib, ölənlər var

Bakı, 4 noyabr, AZƏRTAC

Filippində baş vermiş qasırğa nəticəsində iki nəfər ölüb, 17 mindən çox ailə zərər görüb.

AZƏRTAC Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb. Bildirilib ki, ilkin hesabatlara görə, ölənlərdən biri elektrik enerjisinin kəsildiyi Cənubi Leytedə sel sularında boğulub.

300-ə yaxın ev və xeyli sayda avtomobil daşqından zədələnib. Filippinin şərqindəki əyalətlərdə 150 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu yerli əhaliyə ölkənin 24 ən aktiv vulkanından biri olan Kanlaonda püskürmənin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

 

Seçilən
46
3
azertag.az

4Mənbələr