AZ

Sterlitamakda kimya zavodunda partlayış xəsarət alan yoxdur

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Sterlitamak şəhərində yerləşən SNHZ ASC neft-kimya zavodunda partlayış baş verib.

Doğru.az xəbər verir ki, hadisə nəticəsində sutəmizləyici qurğu qismən dağılıb.

Şəhər rəhbərliyinin məlumatına görə, partlayış anında sexdə beş nəfər işləyib. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

“Hazırda bütün təcili yardım xidmətləri hadisə yerindədir. Partlayışın səbəbi araşdırılır”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, oktyabrın əvvəlində Kuzbass bölgəsindəki “Yerunakovskaya-8” mədənində də qaya çökməsi hadisəsi qeydə alınmışdı.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
dogru.az

2Mənbələr