AZ

Mingəçevirdə iki minik maşını toqquşdu – xəsarət alanlar var

Mingəçevirdə iki minik maşını toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, hərəkətdə olan iki “VAZ” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21015” markalı minik avtomobilinin sürücüsü Xaləddin Ələsgərov və iki nəfər sərnişin xəsarət alıb.

Yaralılar Mingeçevir şəhər mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
nocomment.az

1Mənbələr