AZ

Amerikalı səfir Zelenski ilə nədən danışdığından yazdı

Kiyevə ilk dəfə səfər edən ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən bəhs edib.

NOCOMMENT.az xəbər verir ki, Uitaker bu barədə X sosial şəbəkəsində yazıb.

Amerikalı səfir qeyd edib ki, Zelenskiyə “bu mənasız müharibəyə” son qoymağın zəruriliyi barədə danışıb.

“Mən bu mənasız müharibənin sona çatması və prezident Trampın səyləri ilə əldə edilən sülhün irəliyə doğru yeganə mümkün yol olduğuna dair fikrimi bildirdim”, – Uitaker bildirib.”

Xatırladaq ki, amerikalı diplomat bundan öncə prezident Donald Trampın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yerinə yetirəcəyinə əmin etmişdi.

Xatirə SADİQ

Seçilən
51
nocomment.az

1Mənbələr