AZ

12 metrlik balina sahilə çıxdı

Saxalin adasında fırtınadan sonra nadir növ, təxminən 12 metr uzunluğunda olan siyənək balinası sahilə çıxıb.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Hadisə yerindən görüntüləri fotoqraf Sergey Lyubaçenko paylaşıb. O bildirib ki, kimlərsə artıq nəhəng balinanın bığ hissəsini kəsib aparıb.

Mənbənin məlumatına görə, nəhəng balina ehtimal ki, sahilə çıxmadan öncə tələf olub, çünki bu cür iri dəniz canlıları adətən özbaşına sahilə çıxmır. Balina Saxalinin cənubundakı Yuyan körfəzindən bir qədər aralıda tapılıb.

Qeyd olunur ki, bu növ balinalar Qırmızı kitaba daxil edilib və onların belə hallarda sahildə görünməsi son dərəcə nadir hadisə sayılır.

Nuriyyə NATİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr