AZ

Xıdır Rəhmanov və xanımı Moskvada narkotiklə saxlanıldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Türkmənistanın “Demirelları” dəmir yolu şirkətinin baş direktoru Xıdır Rəhmanov və həyat yoldaşı Moskvada Domodedovo hava limanında (Rusiya) sintetik narkotiklərlə saxlanılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Turkmen.news məlumat yayıb.

Məlumatda bildirilir ki, cütlüyün üzərində aparılan axtarış zamanı LSD tipli qadağan olunmuş sintetik psixoaktiv maddə tapılıb.

Məlumata görə, Domodedovo Şəhər Məhkəməsinin hakimi Dina Xansi Xıdır Rəhmanovun dekabrın 3-dək həbsdə saxlanılması barədə qərar çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
3
axar.az

4Mənbələr