AZ

Büdcədən Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına maliyyə ayrılmayıb

Növbəti ilin büdcə layihəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı barədə məlumata rast gəlinmir.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir:

"2025-ci ilin investisiya xərclərində ayrıca sətirlə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası xərclərinin maliyyə təminatı üçün 150mln. manat nəzərdə tutulub. Lakin vəsait sonradan azaldılaraq 70 mln. manat təsdiq edilib.(27,5 mln. manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, 10,0 mln. manatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, 8,2 mln. manatı Elm və Təhsil Nazirliyinə, 24,2 mln. manatı isə Dövlət Su ehtiyatları Agentliyinə). Cari ilin 8 ayında Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitdən ümumiyyətlə maliyyələşmə aparılmaması, eləcə də icranın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə 28,2%, Dövlət Su Ehtiyatları Agentliyi üzrə 47,3% təşkil etməsinin əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin formalaşmasına zəmin yaradacağı qənaətindəyik.
Qeyd edilməlidir ki, “Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə bağlı xərclər” layihəsi üzrə 2023-cü ilin icra göstəricilərinə əsasən dövlət əsaslı vəsait qoyuluşu xərclərində nəzərdə tutulmuş 31 layihə üzrə maliyyələşmiş 39,8 mln. manat vəsaitdən 28 layihə üzrə 35,4 mln. manat vəsait istifadə edilməyərək hesabat dövrünün sonuna qalıqda qalıb.2024-cü ilin icra göstəricilərinə əsasən isə 52 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 249,1 mln. manat vəsait 83,3% azaldılaraq 41,7 mln. manat təşkil etməklə, cəmi 21 layihə üzrə 13,6 mln. manat vəsait ödənilib.

2026-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlıİzahatda, eləcə dəDövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsündə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı barədə ayrıca məlumat verilməsə də, bu proqram üzrə xərclərin dövlət əsaslı vəsait qoyuluşunun müvafiq istiqamətləri üzrə nəzərdə tutulacağı qənaətinə gəlinir".

Seçilən
3
3
teleqraf.com

4Mənbələr