AZ

44 yaşlı baş məşqçi oyun zamanı öldü - Olayın VİDEOsu

Serbiya Superliqasında çıxış edən “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç faciəvi şəkildə vəfat edib.

Sportinno.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Serbiya çempionatının 14-cü turunda səfərdə “Mladost Luçani”yə qarşı keçirilən oyun zamanı huşunu itirib.

bas-mesqci-oyun-zamani-vefat-etdi

Matç dərhal dayandırılıb. Jijoviç xərəkdə stadiondan çıxarılıb xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Oyun yenidən başladılıb, lakin 41-ci dəqiqədə Jijoviçin ölüm xəbəri yayıldıqdan sonra matç növbəti dəfə dayandırılıb. Çalışdırıcının ürəktutmadan vəfat etdiyi bildirilib.

Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi vəzifəsinə oktyabrın 22-də təyin olunmuşdu.

Seçilən
27
sportinfo.az

1Mənbələr