AZ

Türk dövlətlərin möhkəm birliyi üçün ortaq dilin olması vacibdir - Binəli Yıldırım

BAKI,TurkicWorld

Türk dövlətlərin möhkəm birliyi üçün ortaq dilin olması vacibdir.

TurkicWorld xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Bakıda keçirilən TDT Ağsaqqallar Şurasının 18-ci iclasında deyib.

O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən biri ortaq əlifba məsələsidir və bu, dil birliyinin təməlini təşkil edəcək.

"Ortaq əlifba türk dövlətləri arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayır. Türk dünyasının görkəmli maarifçisi İsmayıl bəy Qaspıralı deyirdi ki, birlik yalnız dilin, əməyin və fikrin ortaq olması ilə mümkündür", - deyə Yıldırım qeyd edib.

Onun sözlərinə görə, türk dövlətləri arasında birliyin möhkəmlənməsi qarşılıqlı ticarətin, investisiyaların və yeni iş yerlərinin yaradılmasının inkişafına da töhfə verəcək, bu isə öz növbəsində iqtisadi əlaqələri sadələşdirəcək və TDT-yə üzv ölkələrin rifah səviyyəsini yüksəldəcək.

Seçilən
11
1
turkic.world

2Mənbələr