AZ

Türkiyə Tom Barrakın bəyanatına reaksiya verib

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Türkiyənin “Hürriyet” nəşrinin məlumatına görə, rəsmi Ankara üçün İsraildə mümkün yeni hökumətin formalaşmasında müəyyənedici amillər həm onun sadiq qaldığı ideologiya, həm də yürütdüyü siyasət olacaq. Qəzet ABŞ-nin Ankaradakı səfiri və Amerika prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın bu yaxınlarda “Türkiyə və İsrail bir-biri ilə vuruşmayacaq” bəyanatına belə reaksiya verib. Barrak həmçinin iki ölkə arasında Xəzərdən Aralıq dənizinə qədər regionda əməkdaşlığın mümkünlüyünü təsdiqləyib. “Amerika rəsmiləri Barrakın açıqlamalarının sadəcə həqiqəti ifadə etməkdən daha artıq olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Barrakın Türkiyə və İsrailin müharibəyə getməyəcəyini vurğulaması Vaşinqtonun iki ölkə arasında münaqişənin qarşısını almağa çalışması və qarşıdakı illərdə İsrailin yeni hökuməti ilə əlaqələr qurmağı hədəfləyir”, - qəzetin icmalçısı Hande Fırat yazır. Müəllifin fikrincə, ABŞ prezidentinin xüsusi nümayəndəsinin Xəzərdən Aralıq dənizinə qədər regionda əməkdaşlıqla bağlı açıqlamaları da təsadüfi deyil. Belə ki, bu coğrafi xətt Azərbaycan, Türkiyə və İsrail arasında enerji və ticarət dəhlizinin yaradılmasını ifadə edə bilər. Xatırladaq ki, Türkiyə 2024-cü ilin may ayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb. İsrailə məxsus və ya ona bağlı olan İsrail bayrağı altında üzən gəmilərin Türkiyə limanlarına girişi qadağandır. Sahil İsgəndərov

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azvision.az

2Mənbələr