AZ

Rusiyaya qarşı yeni savaş: Paşinyan Bakıya görə 200 illik planı pozdu

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə və sülh sənədinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoydu. ABŞ bu prosesdə Zəngəzur dəhlizini (TRIPP) layihəsini öhdəsinə götürməklə qərbi və şərqi birləşdirən Orta Dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazandı.

Prosesin inkişaf dinamikası müsbət qarşılansa da, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının qalması narahatlıq doğurur. Bundan başqa, Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunları da sülh üçün potensial maneə hesab edilir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır:

“Bunun üçün Vaşinqton Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi mövqeyinin gücləndirilməsinə çalışır, ona dəstək verir. Paşinyan artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını “Qarabağsız Ermənistan” şüarı üzərində qurur. Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam “Miatsum” ideologiyasının rəsmi şəkildə iflası və Rusiyanın 200 illik “Qarabağ kartına” vurulan mühüm zərbədir. Baş nazir “Real Ermənistan” konsepsiyasını önə çəkərək “tarixi Ermənistan” ideyasından faktiki imtina edir.

Məhəmməd Əsədullazadə

Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirməsi istisna deyil.

Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Ona görə də Moskva Ermənistanda kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək baş naziri devirmək planları qurur. Öz növbəsində, Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Kremlin siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
globalinfo.az

2Mənbələr