AZ

"Real Madrid"in nümayəndə heyəti mərhum futbolçunun abidəsini ziyarət etdi

BAKI, 4 noyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun nümayəndə heyəti UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi "Liverpul"la səfər oyunundan əvvəl "Enfild"də mərhum futbolçu Dioqo Jotanın memorial abidəsini ziyarət edib.

Teleqraf xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Xabi Alonso, direktor Emilio Butraqenyo, müdafiəçilər Din Höysen və Trent Aleksandr-Arnold "Liverpul"un ev stadionundakı xatirə abidəsinə gül dəstələri qoyublar.

İyulun 3-də 28 yaşlı Dioqo Jota və 25 yaşlı qardaşı Andre Silva İspaniyada avtomobil qəzasında həlak olublar.

Qeyd edək ki, "Liverpul" - "Real Madrid" matçı bu gün keçiriləcək.

Seçilən
33
teleqraf.com

1Mənbələr