AZ

“Arsenal” hücumçusunu satır

“Arsenal” rəhbərliyi qış transfer pəncərəsi öncəsi hücum xəttində ciddi dəyişikliklər planlaşdırır.

Msport.az xəbər verir ki, London klubu braziliyalı forvard Qabriel Jezuşu satış siyahısına daxil edib.

“Topçular” 27 yaşlı futbolçu üçün 30 milyon avro civarında təklif gəldiyi halda onu buraxmağa hazırdır. Klub rəhbərliyi Jezuşa yüksək maaş ödəmək istəmir və bu səbəbdən onun satılmasını ən real variant kimi görür.

Qabriel Jezuş 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a transfer olunmuş, lakin son aylarda zədələr və forma itkisi səbəbindən əsas heyətdəki yerini itirmişdi.

Seçilən
22
2
msport.az

3Mənbələr