AZ

“Real”ın braziliyalısı Fransa klubuna keçmək istəyir

“Real”ın hücumçusu Endrik “Lion”a keçmək istəyini ifadə edib.

Msport.az xəbər verir ki, “Lion”un baş məşqçisi Paulo Fonseka braziliyalı futbolçu ilə telefonla danışıb və klubun layihəsinə onu inandıra bilib.

“Real”ın hücumçusu icarə müqaviləsinin mümkün qədər tez bağlanmasını istəyir ki, artıq 1 yanvarda “Lion”a qoşula bilsin. Hazırda “Real” və “Lion” transferin şərtləri barədə razılığa gəlməyiblər, çünki madridlilər Endrikin icarəsi üçün maliyyə kompensasiyası almaq niyyətindədir. Bundan əlavə, Endrikin gedişinə Franko Mastantuononun qasıq zədəsi mane ola bilər.

Cari mövsümdə 19 yaşlı hücumçu cəmi 11 dəqiqə meydanda olub. O, La Liqa matçında “Valensiya”ya qarşı (4:0) oyunun sonunda meydana daxil olub.

Seçilən
24
1
msport.az

2Mənbələr