AZ

Maşın atla toqquşdu - Sürücü yaralandı

Cəlilabad rayonunda atın avtomobilin qarşına çıxması qəza ilə nəticələnib.

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında baş verib.

Belə ki, sahədən çıxan at Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1978-ci il təvəllüdlü Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə həmin avtomobil idarəetmədən çıxaraq Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonajlı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı at ölüb, sürücü A.Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
3
modern.az

4Mənbələr