AZ

Qida təhlükəsizliyində hədəflərə nail olunmayıb - Hesablama Palatasından CİDDİ İRAD

Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin timsalında) səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditini aparıb.

Modern.az-ın məlumatına görə, Palata bununla bağlı rəy verib.

Bildirilib ki, heyvandarlıq məhsullarının istehlak qiymətlərinə, eyni zamanda heyvanlar üzrə həyata keçirilən baytarlıq tədbirlərinə nəzarət baxımından çox vacib olan iri və xırda buynuzlu heyvanların identikləşdirilmə prosesinin ayrı-ayrı təsərrüfatların öhdəsinə buraxılması şəraitində cərəyan edən mövcud problemlər heyvandarlıq sahəsində tətbiq edilən inzibatçılığın nəticə əsaslı olmamasından irəli gəlir.

“Auditlə toplanmış sübutlar göstərmişdir ki, heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmamış, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranmışdır”, - deyə Hesablama Palatasının rəyində bildirilib.

Seçilən
5
2
modern.az

6Mənbələr