AZ

Ərdoğan İrəvana səfər edəcək? - Paşinyan AÇIQLADI

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etməsini ümid etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə illik "Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, son illərdə o və Türkiyə lideri müxtəlif beynəlxalq formatlarda daimi əlaqə saxlayıblar.

“Mən Türkiyəyə iki dəfə səfər etmişəm, o cümlədən işgüzar səfərim də kifayət qədər uğurlu olub. Həmin səfər zamanı prezident Ərdoğanı 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət etdim. Səfərin ehtimalı barədə şərh vermək düzgün olmazdı, amma ümid edirəm ki, dəvət qəbul ediləcək”, – Paşinyan vurğulayıb.

Baş nazir Ermənistan və Türkiyə arasında münasibətlərin konstruktiv şəkildə inkişaf etdiyini qeyd edib. O, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının sadəcə “zaman məsələsi” olduğunu əlavə edib.

“Ermənistan və Türkiyə arasında münasibətlər düzgün yoldadır”, – deyə Paşinyan yekunlaşdırıb.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr