AZ

Prezident ortaya yol xəritəsi qoydu

ain.az, Newscenter.az saytına istinadən bildirir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə təşkil olunan yığıncaqda etdiyi çıxışın məzmunu və toxunduğu bir sıra mühüm məsələlər, xüsusilə də milli kimlik, tarix və dil məsələləri ilə bağlı verdiyi mesajlar mühüm əhəmiyyət kəsb edirdi. Ölkədə son vaxtlar baş verən hadisələrin fonunda, dövlət və millət üçün mühüm və vacib hesab edilən məsələlərin qorunması, inkişaf etdirilməsi məqsədilə, Prezidentin çıxışındakı detallardan da məlum oldu ki, hökumətin bu istiqamətdə yeni konsepsiya təqdim edəcəyi gözlənilir".Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu konsepsiyanın mərkəzində milli kimlik əsas yer alacaq və ölkədə sıxışdırılmaqda olan dövlət dili xüsusi olaraq dövlətin özünün himayəsində saxlanılacaq:"Əlbətdə ki, milli kimlik, tarix və dil məsələləri bir xalq üçün və dövlət üçün vacib komponentlərindən sayılır. Məhz bundan sonra elm, təhsil, mədəniyyət və digər sahələrdə nəticələr öz faydasını verəcək. Prezidentin bu çıxışını heç şübhəsiz ki, bu istiqamətdə gələcək üçün yol xəritəsinin təqdimatı olaraq da qeyd etmək olar. Elmi qurumlar, xüsusilə də AMEA-nın fəaliyyətində yeni dövrün tələblərinə cavab verən və dövrə uyğunlaşan islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb və daha yüksək səviyyədə fəaliyyət göstərmək, nəticələr əldə etməyə çağırış edildi. Bütün bunlar daha çox məsuliyyət və daha çox ölkəyə xidməti təmin etmək məqsədi daşıyır".Ekspert qeyd edib ki, dünya, elm və texnologiya sahəsində sürətlə inkişaf edir:"Ölkəmiz bu istiqamətdə geriləməməlidir və bunun üçün texnalogiya, süni entelekt, kibertəhlükəsizlik və digər sahələrə beynəlxalq səviyyədə inteqrasiyası tələb olaraq qoyuldu. Həmçinin beynəlxalq standartlara cavab verən, müstəqil, rəqabətli elmin inkişafı məqsədilə ,institusional mühitin yaradılmasına xidmət edən, AMEA qarşısında istiqamətlər və vəzifələr qoyuldu. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlar daxili siyasətdə öz əksini tapmaq üçün yol xəritəsidir və artıq görünən odur ki, ölkə daxilində bir sıra mühüm struktur və kadr dəyişikliklərinin olunacağı üçün kifayət qədər zəmin yaradılıb".Anar Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
newscenter.az

2Mənbələr