AZ

“Son 6 ayda Kəngərli və Ordubadda bir dənə də iş yeri açılmayıb...”

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Burda qeyd olundu ki, işğaldan azad olunmuş ərazilərdə vergi imkanlarının azadılması nəzərdə tutulub və bu, Naxçıvana da şamil olunur. Bu, çox müsbət addımdır. Çünki bizim Ermənistanla münasibətlərimiz qurulur. Ermənistanla mübahisə oluna biləcək rifah səviyyəsinə görə ən vacib bölgəmiz Naxçıvandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 “Bu, Sovet dövründə də belə idi. Ərzaq məhsullarının qiymətinə, tapılmasında geri qaldığına görə psixoloji sıxıntılar yaşanırdı. İndi son 6 ayda Kəngərli və Ordubadda 1 dənə də iş yeri açılmayıb. Sədərək və Culfada cəmi 1, Babək rayonunda isə 2 iş yeri açılıb”, - millət vəkili qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
qafqazinfo.az

1Mənbələr